Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yaşayış binasında yanğın olub
  17 Mart 2020    Oxunub:1999
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və eyvanın yanar konstruksiyaları 3 m² sahədə yanıb.

Yanğın zamanı bir azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Sumqayıt   Yanğın  





Xəbər lenti