DGK iki ayda büdcəyə 663,3 milyon manat köçürüb

  12 Mart 2020    Oxunub : 1226
DGK iki ayda büdcəyə 663,3 milyon manat köçürüb
Cari ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 663 milyon 306 min manat olub.
Komitədən Azvision.az -a verilən məlumata görə, iki ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 170 milyon 669 min manat, əlavə dəyər vergisi üzrə 465 milyon 985 min manat, aksizlər üzrə 19 milyon 513 min manat, yol vergisi üzrə isə 7 milyon 136 min manat təşkil edib.

Azvision.az

Teqlər: DGK