"Azərsun" yeni şokolad brendini təqdim edib
Brend dadı damaqdan getməyəcək, mükəmməl və nəfis bir ləzzəti özündə yaşadan qara, südlü və fındıqlı şokolad plitə çeşidi ilə istehlakçılarına unudulmaz anlar yaşadacaq.
Cari ilin sonuna isə bu çeşidlərin sayının artırılması, şokoladın duzlu karamelli növünün də istehsalı planlaşdırılır.
Tədbirdə “Choco Art” markasının siması olaraq seçilən Samirə Əfəndinin və sevilən model Nuru Əhmədovun iştirakı ilə çəkilən reklam çarxı da təqdim edildi.
“Choco Ar”t ilə sənətin incəliyini ləzzətlə kəşf edin” mesajını verən çarx gözoxşayan səhnələri və məqamları ilə böyük maraqla qarşılandı.
Qeyd edək ki, adıçəkilən marka gözoxşayan qablaşdırma dizaynına görə “Azerbaijan Design Awards 2020”də finalçılar arasında yer alıb.
Hazırda “Choco Art” brendinin şokoladları “Bazarstore” və “Bravo” supermarketlərində satışdadır. Bu yaxınlarda isə “Araz” və şəhərin digər böyük supermarketlər şəbəkəsində də satışa çıxarılacaq.
Azvision.az