“Banklarda əhalinin ala biləcəyi qədər vəsait var” - RƏSMİ

 “Banklarda əhalinin ala biləcəyi qədər vəsait var” -  RƏSMİ
  11 Mart 2020    Oxunub:2856
"Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var: "Ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər. Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi, təxminən, 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur".

Azvision.az


Teqlər: Mərkəzi-Bank   ElmanRüstəmov  





Xəbər lenti