Abşeronda partlayış: 3 nəfər xəsarət aldı

Abşeronda partlayış: 3 nəfər xəsarət aldı
  14 Dekabr 2013    Oxunub:1064
Abşeron rayonu, Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətiə istinadən xəbər verir ki, nəticədə 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Partlayış zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aidiyyəti üzrə aparılıb. Yanğınsöndürənlər evdə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın saat 09:03-də söndürülüb.


Teqlər:  





Xəbər lenti