Slovakiya - Azərbaycan oyununun stadionu dəyişdirildi

  17 Oktyabr 2019    Oxunub : 789
Slovakiya - Azərbaycan oyununun stadionu dəyişdirildi
Futbol üzrə Azərbaycan millisinin "Avro-2020"-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi oyunun stadionu dəyişdirilib.
Azvision.az xəbər verir ki, görüş paytaxt Bratislavadakı Milli Futbol Stadionunda nəzərdə tutulsa da, ot örtüyünün yararsız hala düşməsi səbəbindən matçın Trnava şəhərindəki Anton Malatinski adına stadionda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Slovakiya - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.

Azvision.az

Teqlər: Avro-2020   Milli   Slovakiya