Azərbaycan-İsveçrə oyunu serbiyalılara tapşırıldı

  12 Oktyabr 2019    Oxunub : 1036
Azərbaycan-İsveçrə oyunu serbiyalılara tapşırıldı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan-İsveçrə oyununun hakimləri açıqlanıb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, oyunun baş hakimi serbiyalı Novak Simovic olacaq. Ona həmyerliləri Svetozar Zivin və Nikola Djoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milos Milanovic yerinə yetirəcək.

Azərbaycan-İsveçrə oyunu Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da saat 20:00-da start götürəcək.

Azvision.az

Teqlər: AFFA   Hakim   Futbol