Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli anbarın yanar konstruksiyaları və ətrafında 400 m² sahədə qamışlıq yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı sex və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.