“Qarabağ” “Düdelanj”ı darmadağın etdi - VİDEO (Yenilənib)

  04 Oktyabr 2019    Oxunub : 4846
“Qarabağ” “Düdelanj”ı darmadağın etdi - VİDEO (Yenilənib)
UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start verilib.

Azvision.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” klubu növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”la qarşılaşıb.
“Jozi Bartel” stadionunda keçirilən görüşü şotlandiyalı hakimlər briqadası idarə edib. Matç Azərbaycan çempionunun 4:1 hesablı qələbəsilə başa çatıb.

Belə ki, “Qarabağ”ın futbolçusu Abdulla Zubir matçın 11-ci dəqiqəsində hesabı açıb. 30-cu dəqiqədə Miçel ikinci qolu rəqib qapısından keçirib.

Ağdam klubunun 3-cü qoluna Riçard Almeyda imza atıb. O, rəqib qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. Matçın 69-cu dəqiqəsində Dani Kintana fərqlənib. Meydan sahibləri buraxılan qollardan yalnız birinin əvəzini çıxa biliblər. Bununla da “Qarabağ” Lüksemburq klubunu səfər oyununda darmadağın edib.



Azvision.az

Teqlər: Qarabağ   Düdelanj   Avroliqa