Penitensiar Xidmətin əməkdaşı dünya çempionu oldu - FOTO
02 Oktyabr 2019
Oxunub:4483
Rusiyanın Anapa şəhərində kikboksinq üzrə dünya çempionatı keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, qurumun Mühafizə Alayının xüsusi təyinatlı bölüyünün komandir müavini, ədliyyə baş leytenantı Arzuman Qədimov yarışda bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.