"Neftçi" rəhbərliyi Bordinə iradlarını bildirdi

"Neftçi" rəhbərliyi Bordinə iradlarını bildirdi
  26 Sentyabr 2019    Oxunub:1507
Bu gün “Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, klubun inzibati binasında baş tutan görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara əsas komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub.

Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulanıb.

Azvision.az


Teqlər: Neftçi   İclas  





Xəbər lenti