Rəcəbov Məmmədyarovdan üstün oldu - Şahmat dueli

Rəcəbov Məmmədyarovdan üstün oldu -    Şahmat dueli
  23 Sentyabr 2019    Oxunub:2495
Sentyabrın 22-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin tay-breyk partiyaları oynanılıb.
Azvision.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov qarşılaşıblar.

Tay-breyk partiyasında şahmatçılarımız dörd görüş keçiriblər. Görüşün sonunda Rəcəbov 3,5:2,5 hesabı ilə Məmmədyarovu məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, şahmatçımızın dörddəbir final mərhələsində rəqibi ABŞ təmsilçisi Cefferi Xionq olacaq.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti