“Sevilya”ya qarşı oynamaq bizə xoşdur - Miçel

  18 Sentyabr 2019    Oxunub : 859
“Sevilya”ya qarşı oynamaq bizə xoşdur - Miçel
"Bizim üçün “Sevilya” kimi komandaya qarşı oynamaq çox xoşdur. Məlumatımız var ki, keçən mövsümün sonunda baş məşqçini dəyişiblər. Bir çox futbolçu komandanı tərk etsə də, yerlərinə güclü oyunçular gəlib"
Azvision.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah İspaniyanın "Sevilya" klubunu qəbul edəcək "Qarabağ"ın futbolçusu Miçel oyun öncəsi mətbuat konfransında deyib:

"Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, bütün matçlardan zövq alaq və azarkeşlərimizi sevindirək".

Azvision.az
.

Teqlər: Mİçel   Qarabağ