Qadın güləşçilərimizdən inamlı qələbə - Yenilənib

Qadın güləşçilərimizdən inamlı qələbə -  Yenilənib
  18 Sentyabr 2019    Oxunub:3937
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Azvision.az -ın məlumatına görə, üç qadın güləşçimiz dünya çempionatına qələbə ilə başlayıb. Belə ki, Azərbaycanı təmsil edən Alyona Kolesnik (57 kq) ukraynalı İrina Çixradze üzərində təmiz qələbə (5:0) qazanıb. Güləşçinin 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq.

Tatyana Omelçenko isə Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məğlub edib. Digər qadın güləşçi Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb.

10:05

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Azvision.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start verilib.

Azərbaycan idmançısı Alyona Kolesnik dünya çempionatına inamla başlayıb. Təmsilçimiz Ukrayna güləşçisinə “tuşe” ilə qalib gəlib.

57 kq
Təsnifat - Alyona Kolesnik - İrina Çixradze (UKR) 5:0

59 kq
Təsnifat - Tatyana Omelçenko - Ana Paulina Mokeyava (NZL)

65 kq
1/8 final - Elis Manolova - Kaur Navyot (İND)

76 kq
Təsnifat - Səbirə Əliyeva - Eunyu Hvanq (KOR)

Azvision.az



Teqlər: Dünya-Çempionatı   Güləş  





Xəbər lenti