Çempionlar Liqası heç-heçə ilə başladı

  17 Sentyabr 2019    Oxunub : 743
Çempionlar Liqası heç-heçə ilə başladı
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilib.
Azvision.az xəbər verir ki, F qrupunun ilk matçında "İnter" (İtaliya) və "Slaviya" (Çexiya) klubları üz-üzə gəliblər. Görüş 1:1 hesablı gözlənilməz heç-heçə ilə nəticələnib.

Qrupun digər görüşü "Borussiya" (Dortmund, Almaniya) ilə "Barselona" (İspaniya) arasında keçirilir.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk oyun günündə E, F, G və H qruplarında 8 görüş nəzərdə tutulub.

Azvision.az

Teqlər: Çempionlar-Liqası