“Sevilya” Bakıya qələbə ilə gəlir

  15 Sentyabr 2019    Oxunub : 886
“Sevilya” Bakıya qələbə ilə gəlir
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, İspaniyanın “Sevilya” klubu ölkə çempionatında növbəti oyununu keçirib.
Azvision.az xəbər verir ki, səfərdə “Deportivo Alaves” ilə qarşılaşan “Sevilya” Joan Jordanın yeganə qolu ilə qələbə qazanıb.

Bununla da “Sevilya” ümumi hesabda 10-cu xalını toplayıb və La Liqada turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Qeyd edək ki, sentyabrın 19-da “Qarabağ” klubu Bakıda “Sevilya”nı qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Azvision.az

Teqlər: Qarabağ   Sevilya