Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Boksçumuz dünya çempionatına qələbə ilə başladı
  14 Sentyabr 2019    Oxunub:1708
Sentyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında iki boksçumuz onaltıdabir final mərhələsində çıxış edib.
Azvision.az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Məsud Yusifzadə mərakeşli Səid Mortaji ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edib. O, növbəti döyüşündə ermənistanlı Artur Hovannisyanı sınağa çəkəcək. Səkkizdəbir final mərhələsinin görüşü sentyabrın 17-də olacaq.

Çempionatda 75 kiloqram çəki dərəcəsində çıxış edən Amin Kuşkov isə ikinci görüşündə rusiyalı boksçu Qleb Bakşi üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sentyabrın 9-da boksçumuz Amin Kuşkov otuzikidəbir finalda Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1, sentyabrın 11-də isə Tayfur Əliyev isveçrəli Tiaqo Puqnonu 5:0, ötən gün isə Lorenzo Sotomayor Avstriya təmsilçisi Yason Mallyanı 3:2 hesabı ilə məğlub ediblər. Sentyabrın 12-də Bəxtiyar Qazıbəyov Qazaxıstan təmsilçisi Zakir Safyullinə uduzaraq çempionatda mübarizəni dayandırıb.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Azvision.az



Teqlər: Boks  





Xəbər lenti