Reytinq cədvəli: Azərbaycan millisi 11-ci oldu

   Reytinq cədvəli:    Azərbaycan millisi 11-ci oldu
  12 Sentyabr 2019    Oxunub:2335
Avropa Voleybol Konfederasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Azvision.az xəbər verir ki, Türkiyə, Polşa, Slovakiya və Macarıstanın birgə ev sahibliyi etdiyi Avropa çempionatını 10-cu pillədə başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 212 xal var.

Reytinq cədvəlinə 298 xalla Serbiya millisi başçılıq edir. İtaliya seçməsi (286 xal) ikinci, Hollandiya (282) isə üçüncü pillədə yer alıblar.

Azvision.az



Teqlər: Voleybol   Siyahı   Reytinq  





Xəbər lenti