AFFA-nın əməkdaşı “Dinamo”nun oyununa təyinat alıb

AFFA-nın əməkdaşı “Dinamo”nun oyununa təyinat alıb
  12 Sentyabr 2019    Oxunub:1504
A milli komandamızın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Matç sentyabrın 18-də Zaqrebdəki Hitrec-Kacijan stadionunda oynanılacaq.

Azvision.az



Teqlər: AFFA   Futzal   Hakim  





Xəbər lenti