Boksçumuz Avropa üçüncüsü oldu

Boksçumuz Avropa üçüncüsü oldu
  10 Sentyabr 2019    Oxunub:1726
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.
Azərbaycan Boks Federasiyasından Azvision.az -a verilən məlumata görə, çempionatda 81 kiloqram çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.

Nəticədə M. Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.

Azvision.az


Teqlər: Avropa   Çempionat   Boks  





Xəbər lenti