Millimiz Xorvatiyanı məyus etdi, ilk xalını qazandı - Yenilənib

  09 Sentyabr 2019    Oxunub : 3950
Millimiz Xorvatiyanı məyus etdi, ilk xalını qazandı - Yenilənib
Futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Azvision.az xəbər verir ki, yığmamız 6-cı turda Xorvatiya millisi ilə qarşılaşıb. Görüş Bakıda "Bakcell Arena" stadionunda keçirilib.
Matçın 11-ci dəqiqəsində Luka Modriç penaltidən hesabı açıb. Görüşün ilk hissəsində qapılara əlavə qol vurulmayıb. 72-ci dəqiqədə Təmkin Xəlilzadə hesabı bərabərləşdirib.

Maraqlı epizodlarla yadda qalan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bununla da Azərbaycan millisi qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyunun hamısında uduzub.

Azvision.az

Teqlər: Avro-2020   Milli   Xorvatiya