Premyer Liqada beşinci turun təqvimi

Premyer Liqada beşinci turun təqvimi
  09 Sentyabr 2019    Oxunub:1779
Futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun təqvimi açıqlanıb.
Azvision.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, üç günü əhatə edəcək tura sentyabrın 21-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu ilə start veriləcək. Oyun saat 17:30-da başlayacaq. Həmin gün “ASCO Arena”da baş tutacaq “Səbail” – “Qəbələ” matçı isə saat 19:45-də start götürəcək.

Sentyabrın 22-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Keşlə” matçı saat 18:30-da oynanılacaq. Turun sonuncu oyunu sentyabrın 23-də “Zirə” və “Qarabağ” komandaları arasında baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Üç turdan sonra turnir cədvəlinə 9 xalla “Qarabağ” klubu başçılıq edir. Altı xalı olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Zirə” (4 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Sabah” (2) və “Qəbələ” (0) qərarlaşıblar.

Azvision.az


Teqlər: Premyer-Liqa  





Xəbər lenti