Türkiyə finalda uduzdu

  08 Sentyabr 2019    Oxunub : 941
Türkiyə finalda uduzdu
Qadın voleybolçular arasında Avropa çempionatının final matçı keçirilib.
Azvision.az xəbər verir ki, həlledici oyunda Serbiya və Türkiyə milliləri üz-üzə gəlib.

Matç serbiyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Serbiya millisi ardıcıl ikinci dəfə Avropa çempionu adına yiyələnib. Türkiyə millisi isə 16 illik fasilədən sonra keçirdiyi ikinci final görüşündə gümüş medallara sahib çıxıb.

Azvision.az

Teqlər: Avropa   Çempionatı   Voleybol   Türkiyə   Serbiya