Fransada albanlara qarşı böyük hörmətsizlik - VİDEO

   Fransada albanlara qarşı böyük hörmətsizlik -    VİDEO
  08 Sentyabr 2019    Oxunub:3058
Avro-2020-nin seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Fransa-Albaniya matçı 7 dəqiqəlik gecikmə ilə başlayıb.
Azvision.az xəbər verir ki, buna səbəb fransalıların Albaniya himni əvəzinə Andorra və Ermənistan himnlərini səsləndirməsi olub.

Belə ki, Fransa himni səsləndikdən sonra Albaniya himninin səsləndiriləcəyi gözlənilsə də, Andorra marşı çalınıb. Bu oyunçular arasında nazarılığa səbəb olsa da, fransalılar səhvlərini düzəltmək əvəzinə bu dəfə Ermənistan himni səsləndirilib. Öz himnləri səsləndirilmədən oyuna başlamayacaqlarını söyləyən albaniyalılar 7 dəqiqə sonra Albaniya himninin çalınması ilə oyuna başlayıblar.

Qeyd edək ki, matçı Fransa millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.



Kənan Məmmədov
Azvision.az


Teqlər:





Xəbər lenti