Gimnastımız Dünya Kubokunda qızıl medal qazandı

Gimnastımız Dünya Kubokunda qızıl medal qazandı
  08 Sentyabr 2019    Oxunub:2175
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb.
Azvision.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Sombatxey şəhərində 25 ölkənin iştirakı ilə keçirilən idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda bu gün final yarışları baş tutub.

Azərbaycan yığma komandasının üzvü, yarışlarda yeganə təmsilçimiz Marina Nekrasova dayaqlı tullanma proqramında bütün rəqiblərini üstələyərək, qızıl medala sahiblənib. Gimnastımız bu uğura 14.183 xal toplamaqla nail olub.

Azvision.az





Teqlər: Gimnast   Dünya-Kuboku   Qızıl-Medal  





Xəbər lenti