“Nə? Harada? Nə zaman?” - Dünya Çempionatı başladı

  07 Sentyabr 2019    Oxunub : 1265
 “Nə? Harada? Nə zaman?” - Dünya Çempionatı başladı
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə XVII Dünya Çempionatının açılış mərasimi baş tutub.
Azvision.az xəbər verir ki, tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, Vergilər naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak edib.

Azərbaycanın 11 komanda ilə qatıldığı Çempionatda ümumilikdə 29 ölkədən (Azərbaycan, Avstriya, Böyük Britaniya, Belarus, Almaniya, Gürcüstan, İsrail, İspaniya, Qazağıstan, Kanada, Kipr, Qırğızıstan, Latviya, Litva, Moldova, Niderland, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Estoniya) 75 komanda iştirak edir.



Qeyd edək ki, Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət yetirilir. 2002, 2003 və 2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə ilk Dünya Çempionatları da məhz Bakı şəhərində keçirilib.

Sayca XVII olan bu Çempionatın Azərbaycanda keçirilmə qərarı 20 oktyabr 2018-ci il tarixdə Azərbaycan İntellektual Klublar Assosiasiyasının müraciəti əsasında “Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyası tərəfindən qəbul edilmişdir. Çempionat 8 sentyabr tarixində bitəcək.

Azvision.az

Teqlər: Dünya-Çempionatı