Azərbaycan - Gürcüstan oyununun hakimləri bilindi

Azərbaycan - Gürcüstan oyununun hakimləri bilindi
  07 Sentyabr 2019    Oxunub:1710
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının evdə Gürcüstan millisi ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
Azvision.az -ın məlumatına görə, qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Laurent Koprivayadır. Ona yan xətt hakimləri Klod Ris və David Mateus Santos köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleks Kryureq yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 10-da "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Azvision.az


Teqlər: Futbol   Azərbaycan   Gürcüstan  





Xəbər lenti