Azərbaycan atleti “World Challange”də ikinci oldu

Azərbaycan atleti “World Challange”də ikinci oldu
  06 Sentyabr 2019    Oxunub:2029
Azərbaycan atleti Nazim Babayev növbəti uğurunu qazanıb.
Azvision.az xəbər verir ki, üçtəkanla tullanmada mübarizə aparan idmançı “World Challange” seriyalı turnirdə mükafata yiyələnib. Atletimiz Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda 16,68 metr məsafəyə tullanaraq yalnız ABŞ idmançısı Kris Benarddan geri qalaraq 2-ci yeri tutub. Gümüş mükafata yiyələnən atlet çempiondan 29 santimetr aşağı nəticəyə imza atıb.

Azvision.az



Teqlər: Atlet  





Xəbər lenti