Millimiz Estoniyaya uduzdu

Millimiz Estoniyaya uduzdu
  06 Sentyabr 2019    Oxunub:1997
Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Çimərlik Futbolu Liqasının Super final mərhələsinə start verilib.
Azvision.az xəbər verir ki, bu gün çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. Estoniya yığması ilə qarşılaşan komandamız 4:3 hesabı ilə məğlub olub. Millimizin heyətində Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi sabah Rumıniya yığması ilə qarşılaşacaq.

Azvision.az


Teqlər: Milli  





Xəbər lenti