AFFA bəzi klubları cəzalandırıb

AFFA bəzi klubları cəzalandırıb
  03 Sentyabr 2019    Oxunub:1597
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. “Zirə” – “Sabah” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən də qəsəbə klubu 800 manat cərimələnib.

28 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I Divizionun II turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39). Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 7 №-li futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).

29 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun II turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” və “Səbail-2” klublarının 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 39). “Səbail-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur (maddə 62.1).

30 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun II turunun “Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun 83 №-li futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).“Qarabağ-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).

“Qarabağ-2” klubu AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunur (maddə 62.3). “Qarabağ-2” klubu PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 60). Oyunöncəsi iclasda polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti