"Neftçi"də yeni məşqçi təyinatı

"Neftçi"də yeni məşqçi təyinatı
  30 Avqust 2019    Oxunub:1671
"Neftçi” Futbol Akademiyasının U-17 komandasının baş məşqçi vəzifəsinə Elman Sultanov təyin olunub.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.

Qeyd edək ki, futbolçu kimi 1994/1995 mövsümündə "Neftçi”nin şərəfini qorumuş Elman Sultanov baş məşqçi kimi "Səbail”in əsas və əvəzedici, "Keşlə”nin isə U-16 komandasına, həmçinin "Bakılı”ya rəhbərlik edib. "Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış Sultanov paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.

Azvision.az


Teqlər: Futbol   Neftçi   Məşqçi  





Xəbər lenti