“Qarabağ”ın Avroliqadakı rəqibləri məlum oldu

“Qarabağ”ın Avroliqadakı rəqibləri məlum oldu
  30 Avqust 2019    Oxunub:4163
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, Monakoda keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşib.

A qrupunda mübarizə aparacaq “Qarabağ”ın rəqibləri "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksenburq) olub.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Qarabağ   Avroliqa   Püşk  





Xəbər lenti