“Qarabağ” Bakıda “Linfild”ə qarşı

“Qarabağ” Bakıda “Linfild”ə qarşı
  29 Avqust 2019    Oxunub:1771
Bu gün “Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsində cavab oyununa çıxacaq.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri səfərdə keçirdiyi görüşdə hesabda öndə olsalar da, sonda məğlub olublar (2:3). Ağdam təmsilçisi bir topla qalib gələcəyi halda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Azvision.az



Teqlər: Qarabağ   UEFA   Avroliqa  





Xəbər lenti