Azərbaycan millisinə 23 futbolçu çağırıldı - SİYAHI

Azərbaycan millisinə 23 futbolçu çağırıldı -    SİYAHI
  27 Avqust 2019    Oxunub:2624
AVRO-2020-nin seçmə mərhələsndə Uels və Xorvatiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Azvision.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç Azərbaycan yığmasına 23 futbolçunu dəvət edib.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Maksim Medvedev, Rahil Məmmədov (hər ikisi "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Aue", Almaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyyubov ("Sabah")

Hücumçular: Ramil Şeydayev ("Dinamo", Rusiya), Mahir Emreli ("Qarabağ"), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").

Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Uels, ayın 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.

Azvision.az





Teqlər: Milli   Yığma  





Xəbər lenti