Azərbaycan millisinin rəqibləri məlum oldu

Azərbaycan millisinin rəqibləri məlum oldu
  26 Avqust 2019    Oxunub:1286
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super finalındakı rəqibləri məlum olub.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan yığması Bolqarıstan, Rumıniya və Çexiya ilə birgə eyni qrupda mübarizə aparacaq. Oyunlar sentyabrın 5-dan 8-dək Portuqaliyanın Fiqeyro şəhərində keçiriləcək.

5 sentyabr

Bolqarıstan – Azərbaycan

6 sentyabr

Azərbaycan – Rumıniya

7 sentyabr

Azərbaycan – Çexiya

Azvision.az



Teqlər: Çimərlik   Futbol   Oyun  





Xəbər lenti