“Cavab matçında böyük şansımız var” - Qurban Qurbanov

  23 Avqust 2019    Oxunub : 758
“Cavab matçında böyük şansımız var” - Qurban Qurbanov
"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu".
Azvision.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin ilk qarşılaşmasında Şimali İrlandiyada “Linfild”ə uduzduqları (2:3) oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Qurbanov mərhələni keçmək şanslarının çox olduğunu bildirib: "Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".

Azvision.az

Teqlər: QurbanQurbanov   Qarabağ