Peşə məktəblərinə qəbul olanların qeydiyyatı başlayır

Peşə məktəblərinə qəbul olanların qeydiyyatı başlayır
  22 Avqust 2019    Oxunub:1785
Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti