Azərbaycanın ən gənc və ən yaşlı tələbəsi

Azərbaycanın ən gənc və ən yaşlı tələbəsi
  20 Avqust 2019    Oxunub:3075
Azərbaycanın ən gənc və ən yaşlı tələbəsinin adları məlum olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, ən gənc tələbə Sadayeva Sahibə Vüqar qızıdır. O, 30 iyun 2004-cü ildə anadan olub. 15 yaşlı tələbə qız Azərbaycan Universitetinə qəbul olub.
Ən yaşlı tələbə isə Kərəm Süleymanovdur. 29 iyun 1965-ci ildə anadan olan 54 yaşlı tələbə Bakı Dövlət Universitetinə qəbul olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   Tələbə  





Xəbər lenti