“Səbail” mövsümə qələbə ilə başladı

“Səbail” mövsümə qələbə ilə başladı
  19 Avqust 2019    Oxunub:1441
Azərbaycan Premyer Liqasında birinci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, turun növbəti görüşündə "Səbail" klubu "Zirə" ilə üz-üzə gəlib. "ASCO Arena"da keçirilən matç Aftandil Hacıyevin komandasının minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Yevgeni Koçuk vurub.

Qeyd edək ki, ilk tura sabah oynanılacaq "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Azvision.az



Teqlər: Səbail   Zirə  





Xəbər lenti