Azərbaycan güləşçisi dünya ikincisi oldu

Azərbaycan güləşçisi dünya ikincisi oldu
  18 Avqust 2019    Oxunub:1593
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib.

Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısıyla üz-üzə gələn Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub.

Pəhləvanımız avqustun 17-də baş tutan həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medalı boynundan asıb.

Azvision.az



Teqlər: Güləş   Dünya-Çempionatı  





Xəbər lenti