Boş qalan yerlərə ixtisas seçimi davam edir

Boş qalan yerlərə ixtisas seçimi davam edir
  17 Avqust 2019    Oxunub:1916
Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, avqustun 17-si saat 16:35-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 60, II qrup üzrə 732, III qrup üzrə 17, IV qrup üzrə 13, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 10569 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Azvision.az



Teqlər: DİM   Ərizə   İxtisas  





Xəbər lenti