“Qarabağ” yeni mövsümə qələbə ilə başladı

  16 Avqust 2019    Oxunub : 709
“Qarabağ” yeni mövsümə qələbə ilə başladı
Bu gündən Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü başlayıb.
Azvision.az xəbər verir ki, mövsümün açılış matçı "Dalğa Arena"da baş tutub. İlk qarşılaşma "Keşlə" ilə son ölkə çempionu "Qarabağ" arasıında keçirilib.

Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 78-ci dəqiqədə İsmayıl İbrahimli vurub.

Azvision.az

Teqlər: Qarabağ   Keşlə