Güləşçilərimizin dünya çempionatında rəqibləri bilindi

Güləşçilərimizin dünya çempionatında rəqibləri bilindi
  16 Avqust 2019    Oxunub:1369
Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, avqustun 16-da yarışların beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Səkkizdəbir final mərhələsində Zaur Əliyev (55 kq) Nurməhəmməd Abdullayevlə (Qırğızıstan), eyni mərhələdə Zaur Nuriyev (63 kq) Alston Con Nutterlə (ABŞ) gücünü sınayacaq.

Təsnifat mərhələsində Nəsir Həsənov (77 kq) Mikita Kazakovla (Belarus), Laçın Vəliyev (87 kq) David Losonçi (Macarıstan), Sərxan Məmmədov (130 kq) isə Yusif Əhməd Həmdi İssa (Misir) ilə güləşəcək.

Azvision.az



Teqlər: Güləş   Dünya-Çempionatı   Rəqib  





Xəbər lenti