“Neftçi” Avroliqa ilə vidalaşdı - Yenilənib

“Neftçi” Avroliqa ilə vidalaşdı -  Yenilənib
  16 Avqust 2019    Oxunub:4457
"Neftçi" klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşıb.

"Ha Moshava" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, “Neftçi” iki oyunun nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasında Bakıdakı görüş 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti