“Neftçi” səfərdə “Bney Yehuda”ya qarşı

“Neftçi” səfərdə “Bney Yehuda”ya qarşı
  15 Avqust 2019    Oxunub:1651
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Neftçi" səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq. Görüş Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti