Dövlət qulluğu üzrə müsahibədə 28 nəfər uğur qazanıb

Dövlət qulluğu üzrə müsahibədə 28 nəfər uğur qazanıb
  14 Avqust 2019    Oxunub:1632
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
DİM-dən Azvision.az -a verilən məlumata görə, avqustun 14-ü saat 11:40-a olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 28-i müxtəlif vəzifələrə uyğun bilinib.

İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Azvision.az



Teqlər: DİM   Vakant   Vəzifə  





Xəbər lenti