Bu gün Avropanın ən güclü klubu bilinəcək

  14 Avqust 2019    Oxunub : 801
Bu gün Avropanın ən güclü klubu bilinəcək
Bu gün UEFA Super Kubokunun final görüşü keçiriləcək.
Azvision.az xəbər verir ki, Türkiyənin “Vodafone Park” stadionunda baş tutacaq görüşdə İngiltərənin “Liverpul” və “Çelsi” klubları üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Liverpul” ötən mövsüm UEFA Çempionlar Liqasının, “Çelsi” isə UEFA Avropa Liqasının qalibi olub.

Azvision.az

Teqlər: Liverpul   Çelsi   Final