Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir
  08 Avqust 2019    Oxunub:1734
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi davam edir. Avqustun 7-dən başlayan mərhələ avqustun 14-ü saat 13:00-dək davam edəcək.
Azvision.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər.

Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmiş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahanının nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Müəllim   Vakansiya  





Xəbər lenti