Hakimlər və vəkillər üçün təlim keçirilib

Hakimlər və vəkillər üçün təlim keçirilib
  24 May 2019    Oxunub:1577
Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Hüquqi çərçivəyə yenidən baxılması, məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi" prioritetinin tədbirlər planında nəzərdə tutulmuş maarifləndirmə işinin təşkili istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlərə və vəkillərə "Məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi" mövzusunda təlim keçirilib.
MBNP-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, interaktiv metodlar və dialoq formasında keçirilən təlim çərçivəsində bank-kredit müqavilələrindən irəli gələn mübahisələrə baxılması, banklar və ləğvetmə prosesində olan banklarla bağlı məhkəmə işləri və vəkillərin rolu, məhkəmə qərarlarının icrası ilə bağlı hakimlər və vəkillərin qarşılıqlı münasibəti, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair mövzuları əhatə edən təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 40-dan çox vəkil və hakim iştirak edib.

Azvision.az



Teqlər: Hakim   Vəkil  





Xəbər lenti