Uruqvayda 28 May günü ilə bağlı qəbul keçirilib
Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən və qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Eyni zamanda, səfir R.Aslanov ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verib. Xüsusilə, son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini qeyd edib. Habelə, səfir Rəşad Aslanov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.
Azərbaycan-Uruqvay əlaqələrinin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini qeyd edən səfir, cari il ərzində hər iki ölkənin xarici işlər nazirlərinin baş tutan qarşılıqlı səfərlərinin əməkdaşlığa xüsusi təkan verdiyini vurğulayıb. Eyni zamanda, səfir Aslanov Azərbaycanın Uruqvaya ən çox neft satan beş ölkədən biri olmasını deyib. Diplomat gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə inamını ifadə edib.
Azvision.az
Teqlər: Uruquvay